Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən 73 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir.

            Təhvil verilən sənədlər 2018-2019-cu illərdə istehsal olunmuş kinosənədlərdən ibarətdir.  

            Kinosənədlər sosial-iqtisadi və ictimai-mədəni həyatda baş verən əlamətdar hadisələri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini, 1918-ci ilin martında baş verən erməni vəhşiliklərini, azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasını, Dağlıq Qarabağ müharibəsini, torpaqlarımızın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasını, II Dünya müharibəsinin qəhrəmanlarının döyüş yolunu, ədəbiyyat, incəsənət, elm və ictimai xadimlər haqqında sənədli hekayətləri əks etdirir.

            Hal-hazırda Arxivdə qəbul olunmuş kinosənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir.


Bugün: 1497
Dünən: 1519
Bu həftə: 3016
Son həftə: 9028
Bu Ay: 12044
Son Ay: 34711
Bu İl: 344801
Ümumi: 1657385
1657385