Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Rəqəmsal Transformasiya üzrə Rəhbər” adlı təlim proqramı həyata keçirilib

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Estoniyanın “Digital Nation” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Rəqəmsal Transformasiya üzrə Rəhbər” adlı təlim proqramı həyata keçirilib. Təlimçilər arasında dövlət sektorunun rəqəmsallaşdırılması sahəsində dünyanın aparıcı ekspertləri kimi tanınan Siim Sikkut, Taavi Linnamäe, Anna-Maija Karjalainen və digər şəxslər yer almışdır. Proqramın əsas məqsədi dövlət sektorunda dayanıqlı rəqəmsal transformasiya üzrə təşkilati mədəniyyət və təcrübəni inkişaf etdirmək üçün liderlər qrupunun formalaşdırılmasıdır. 16-17 noyabr və 7-8 dekabr tarixlərində keçirilən dörd günlük sessiyadan ibarət proqramda müxtəlif mövzular üzrə bölünmüş komandalarda  layihə üzərində birgə iş və təcrübə mübadiləsi aparılmışdır. Sözügedən təlimdə Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak etmişdir. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunmuşdur.


Bugün: 793
Dünən: 1180
Bu həftə: 6119
Son həftə: 6288
Bu Ay: 17689
Son Ay: 26944
Bu İl: 91854
Ümumi: 1404438
1404438