Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Milli Arxiv İdarəsində və Dövlət Arxivlərində xüsusi əmək rejimi tətbiq edilmiş və əməkdaşlar ödənişsiz məzuniyyətə göndərilmişdir.

       Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli, 113 nömrəli qərarına, həmçinin Baş Nazir cənab Ə. Əsədovun 2020-ci il 20 mart tarixli, 1/411 nömrəli tapşırıq məktubuna əsasən:

      - Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə xüsusi əmək rejimi olaraq 29 mart - 03 aprel 2020-ci il tarixləri Milli Arxiv İdarəsinin və Dövlət Arxivlərinin (filiallarının) bütün işçiləri üçün qeyri iş günləri müəyyən edilir;

      - Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə aparılan tədbirlərinin effektivliyini təmin etmək üçün Milli Arxiv İdarəsinin və Dövlət Arxivlərinin (filiallarının) bütün işçiləri aylıq əmək haqqı saxlanılmaqla 29 mart 2020-ci ildən 29 aprel 2020-ci il tarixinədək bir ay müddətinə ödənişsiz məzuniyyətə göndərilir.


Bugün: 217
Dünən: 1212
Bu həftə: 6755
Son həftə: 6288
Bu Ay: 18325
Son Ay: 26944
Bu İl: 92490
Ümumi: 1405074
1405074