11 Dekabr 2020 06:48 XƏBƏRLƏR Baxış sayı : 944
10 dekabr 2020-ci il tarixində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilmişdir. Videokonfrans formatında baş tutan yığıncaqda MDB-yə üzv olan Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan arxiv xidməti rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişdir. Yığıncaqda Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil edirdi. Məsləhət Şurasının 16-cı yığıncağına rotasiya qaydasında Qırğızıstan Respublikası sədrlik edirdi.
Yığıncaqda yeni növ “COVİD-19” koronavirus infeksiyası ilə mübarizə çərçivəsində arxiv xidməti təşkilatlarının gördükləri tədbirlər barədə məlumat verilmişdir. Daha sonra ölkələr üzrə hesabat ilində görülmüş işlər barədə Məsləhət Şurasının üzvlərinin məlumatı dinlənilmişdir.
Yığıncaqda MDB-nin 30 illiyi çərçivəsində üzv ölkərələrin hökumət başçıları tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq görüləcək işlər müzakirə edilmişdir.
İclasda Özbəkistan Respublikasının “Uzarxiv” Agentliyi MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına tam hüquqlu üzv qəbul edilmişdir.
Daha sonra gündəlikdə duran məsələlər barəsində aidiyyəti üzrə müzakirələr keçirilmiş, fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunmuşdur.
Sonda MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Belarus Respublikası Ədliyyə Nazirliyinin Arxivlər və Kargüzarlıq Departamentinin rəhbəri V.İ. Kuraş sədr seçilmişdir.
Bugün: | 373 |
Dünən: | 1014 |
Bu həftə: | 5539 |
Son həftə: | 6066 |
Bu Ay: | 19435 |
Son Ay: | 28223 |
Bu İl: | 260476 |
Ümumi: | 1280897 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az