Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 18-ci iclası keçirilmişdir

              14-15 iyul 2022-ci il tarixində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 18-ci iclası keçirilmişdir.

            Qazaxıstan Respublikasının Almatı şəhərində keçirimiş iclasda ölkəmizlə yanaşı, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikası arxiv xidməti rəhbərləri və nümayəndələri, Arxiv İşi və Arxivşünaslıq üzrə Ümumrusiya Elmi Tədqiqat İnsitutunun rəhbəri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndəsi iştirak etmişdirlər. İclasda ölkəmizi Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.

            Nümayəndə heyətləri ilk öncə Qazaxıstan Respublikası tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən arxiv sənədlərindən ibarət sərgi ilə tanış olmuşdurlar.

            Rotasiya qaydasında Qazaxıstan Respublikasının sədrliyi ilə təşkil olunan iclasda  2021-ci il və 2022-ci ilin altı ayı ərzində MDB ölkələri arxiv xidməti təşkilatlarının fəaliyyəti haqqında ümumi analitik təhlil  dinlənilmiş, sözügedən mövzu ətrafında müvafiq ölkələrin arxiv xidməti rəhbərləri və nümayəndələri təmsil etdikləri ölkələr üzrə arxiv xidməti sahəsində görülmüş işlər barəsində məruzə ilə çıxış etmişdirlər.

            İclasda həmçinin arxiv işi sahəsində normativ-hüquqi sənədlərin qəbul edilməsi, elektron xidmətlərin tətbiqi, informasiya sistemlərinin hazırlanması, beynəlxalq əlaqələr, arxivlərin maddi-texniki təchizatı və s. haqqında müzakirələr aparılmışdır.

            Gündəlikdə duran digər məsələlər barəsində də aidiyyəti üzrə fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunmuşdur.

            MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Özbəkistan Respublikasının “Uzarxiv” Agentliyinin rəhbəri Uluqbek Yusupov sədr seçilmişdir. İclasda MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 19-cu iclasının 2023-cü ilin sentyabr ayında Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilməsi qərara alınmışdır.

             Daha sonra iclas iştirakçıları Qazaxıstan Respublikasının Dövlət Arxivində, Dövlət Kino-Foto və Fono Sənədləri Arxivində, Dövlət Elm və Texnika Sənədləri Arxivində o cümlədən Qazaxıstan Respublikası Prezidentinin Arxivində olmuş, yaradılmış şəraitlə tanış olmuşdurlar. 

 

 


Bugün: 377
Dünən: 1014
Bu həftə: 5543
Son həftə: 6066
Bu Ay: 19439
Son Ay: 28223
Bu İl: 260480
Ümumi: 1280901
1280901