Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyi və İstiqlal Muzeyinin təşkilatçılığı ilə görkəmli ictimai xadim Ə. Hüseynzadənin şəxsi əşyalarının təqdimatı keçirilmişdir.

2017-ci il iyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, arxivfoto-sənədləri və şəxsi əşyalarının təqdimatı keçirilmişdir. Əli bəy Hüseynzadənin  şəxsi əşyalarının təqdimat mərasimində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və bir sıra ictimai xadimlər və ziyalılar iştirak etmişdilər. Təqdimatda Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki,  Əli bəy Hüseynzadə Türkiyə və Azərbaycan arasında mənəvi körpüdür : "Mən əsərlərin qaytarılması ilə bağlı Türkiyəyə xüsusi təşəkkür edirəm. Onlar bu arxivi Azərbaycana təqdim etməklə sübut etdilər ki, bizim ayrılmaz tariximiz var. Əli bəy Hüseynzadənin daima ürəyində yaşatdığı türkçülük ideyası bu gün reallaşıb. Artıq türk dövlətlərinin hər biri müstəqil dövlətlərdir". Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Əli bəy Hüseynzadənin arxivinin Azərbaycana gətirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Tədbirdə böyük ədibin qardaşı nəvəsi Cəmilə Hüseynzadə  ədibin ailəsi adından çıxış edərək təkcə Əli bəy deyil, nəsillərinin digər  tanınmış nümayəndələri barədə maraqlı məlumatlar verdi. Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın xahişi ilə onun nümayəndəsinə Azərbaycanın üçrəngli bayrağı nazir tərəfindən təqdim olunub.

Təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilən Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər, şəxsi əşyaları nümayiş olunub. Ümumiyyətlə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunan “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub. Əli bəy Hüseynzadənin şəxsi əşyalarının təqdimat mərasiminin sonunda  xalq artisti Azərinin ifasında “Çırpınırdı, Qara dəniz” mahnısı ifa olundu.

         Ə.b. Hüseynzadənin şəxsi əşyalarının təqdimat mərasimində İstiqlal müzeyinin dəvəti ilə Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq  Səfərov iştirak etmişdir.


Bugün: 40
Dünən: 824
Bu həftə: 3342
Son həftə: 6294
Bu Ay: 22345
Son Ay: 25108
Bu İl: 288494
Ümumi: 1308915
1308915