Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun “Azərbaycan qədim neft ölkəsidir” adlı məqaləsi mətbuatda dərc edilib

Xalq qəzetinin 20 sentyabr 2024-cü il tarixli buraxılışında dərc edilən  məqalədə qeyd edilib ki, zəngin neft ölkəsi kimi tanınan Azərbaycanın mədəni-tarixi, sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinə tədqiqatçılar hər zaman böyük maraq göstəriblər. Bir çox ölkələrin səyyahları, coğrafiyaşünasları, tarixçiləri Bakının nefti, alovlu torpaqları, neft quyusu və mədənləri, neftdən istifadə və onun ticarəti barədə gördüklərini qələmə alaraq Azərbaycan neftinin tarixi barədə qiymətli məlumatlar verib, Abşeron yarımadasını istər qərb, istərsə də şərq dövlətləri üçün cazibədar ərazi hesab ediblər.

Respublikamızın dövlət arxivlərində mühafizə olunan sənədlər neft sənayemizin inkişafı tarixinin öyrənilməsində əvəzsiz mənbə hesab edilir. Bu sənədlər əsasında Azərbaycanın tarixin müxtəlif mərhələlərində ümumdünya neft sənayesi sahəsində oynadığı rol, Bakıda fəaliyyət göstərmiş neft konsorsiumları, neft sahibkarları, Azərbaycan neftçilərinin beynəlxalq əlaqələri haqqında qiymətli məlumatlar əldə etmək mümkündür.

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 387
Dünən: 751
Bu həftə: 1962
Son həftə: 5591
Bu Ay: 3409
Son Ay: 26618
Bu İl: 30027
Ümumi: 1342611
1342611