Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun "Gözəl alim, işgüzar təşkilatçı, qayğıkeş rəhbər" sərlövhəli məqaləsi mətbuatda dərc olunub

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun Əsgər Rəsulovun 70 illiyi münasibətilə hazırladığı "Gözəl alim, işgüzar təşkilatçı, qayğıkeş rəhbər" sərlövhəli məqaləsi “Şərq” qəzetində  dərc edilib.

"Tarix müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi deyil, həm də  onu yaradan şəxsiyyətlərin portretlərinin qalereyasıdır. Tarixi yaddaşımızın keşiyində duran böyük ziyalı, dəyərli insan, təcrübəli pedaqoq, tanınmış türkoloq və işgüzar təşkilatçı Əsgər Rəsulov müasir Azərbaycanda arxiv işinin elmi əsaslarla inkişafına öz töhfələrini verən şəxsiyyətlərdəndir. Əsgər müəllim haqqında ölkəmizin nüfuzlu ziyalılarının, alimlərinin, yazıçılarının, digər peşə və sənət adamlarının fikir və mülahizələrində onun parlaq portreti daha  dolğun və əhatəli şəkildə ifadə edilir. 

Əsgər müəllim haqqında yazılanlar onun elmi bacarığına, pedaqoji fəaliyyətinə, işgüzarlığına və şəxsiyyətinə verilən dəyərin göstəricisidir. Əsgər müəllimin şəxsiyyətinə, elminə, təşkilatçılığına, əqidəsinə  ən yüksək dəyəri isə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev vermiş, ona böyük etimad göstərərək dövlətçilik tariximizin və mədəni irsimizin göz bəbəyi kimi qorunduğu mühüm dövlət orqanı olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə rəhbər təyin edib. Arxiv xalqın hafizəsinin qorunduğu strateji sahədir. Dövlətin, xalqın keçmişi ilə gələcəyi arasında körpü qurmaq kimi mühüm missiyanı məhz arxivlər həyata keçirirlər. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev dövlət idarəetməsində arxiv işinin  roluna  yüksək qiymət verib,  arxiv sənədlərinin xalqımızın tarixini əks etdirən yeganə mənbə və tariximizi təhrif edənlərin qarşısının alınmasında mühüm vasitə olduğunu vurğulayıb. Ulu Öndərin bu müdrik fikirlərində arxivlərin dövlət və millət üçün nə qədər faydalı sahə olduğunu, onun elmi-tarixi əhəmiyyətini müəyyən etmək mümkündür. ..."

Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 624
Dünən: 986
Bu həftə: 3862
Son həftə: 6066
Bu Ay: 17758
Son Ay: 28223
Bu İl: 258799
Ümumi: 1279220
1279220