29 Yanvar 2024 02:26 XƏBƏRLƏR Baxış sayı : 643
29 yanvar 2024-cü il tarixində keçirilmiş müşavirədə İdarənin rəhbərliyi, şöbə müdirləri, respublika dövlət arxivlərinin direktorları və məsul şəxslər iştirak edib.
Müşavirəni açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edildiyini qeyd edib. Ə. Rəsulov seçkilərin növbədənkənar təyin olunmasının səbəbləri haqqında danışarkən, Prezident İlham Əliyevin 2024-cü il 10 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibə zamanı aidiyyəti suala cavab verdiyini müşavirə iştirakçılarına xatırladaraq bildirib ki, bu seçki müstəqil Azərbaycan Respublikasının bütün suveren ərazilərində keçiriləcək ilk “Zəfər” seçkisi olacaqdır. “Zəfər” seçkisinin isə məhz Prezident seçkisi olacağını bildirən natiq qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan təşkilati işlər barədə məlumat verib. Bildirilib ki, 7 namizədin iştirak edəcəyi seçki prosesini izləmək üçün 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Ə.Rəsulov məlumat verib ki, seçkiyə beynəlxalq təşkilatların və xarici ölkələrin marağı böyükdür. Sözügedən seçkiləri izləyəcək müşahidəçilər 49 beynəlxalq təşkilatı və 70 ölkəni təmsil edir. Növbədənkənar prezident seçkisini izləyəcək Qeyri Hökumət Təşkilatlarının sayı rekord həddə çatıb. Bildirilib ki, 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə müşahidəçi QHT-in sayı təxminən 4 dəfə artıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 QHT-ni əhatə edir. Qanunvericiliklə nəzərdə tutulmuş bütün proseslər – dairə, məntəqə seçki komissiyaları formalaşdırılıb, şəffaflığın təmin edilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə müşahidə kameraları qurulub, seçki bülletenləri müşahidəçilərin iştirakı ilə çap olunub. Bununla yanaşı namizədlərin fəal təşviqat aparması üçün bərabər imkanlar yaradılıb, onların seçicilərlə görüşləri üçün pulsuz efir vaxtı, həmçinin yerlərdə müvafiq şərait təmin edilib.
Əsgər Rəsulov suveren ölkəmizin bütün ərazilərində keçiriləcək ilk seçkidə Milli Arxiv İdarəsi əməkdaşlarının, İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında çalışan arxivçilərin fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.
Bugün: | 811 |
Dünən: | 986 |
Bu həftə: | 4049 |
Son həftə: | 6066 |
Bu Ay: | 17945 |
Son Ay: | 28223 |
Bu İl: | 258986 |
Ümumi: | 1279407 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az