Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə verilməsi işinin təşkili, idarə arxivlərinin fəaliyyətinə nəzarət, məlumatların toplanılması və emalı” mövzusunda seminar-məşğələ keçirilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin 24.01.2024-cü il tarixli, 3-48-2/3-1-8/2024 №li Əmri ilə təsdiq edilmiş “Arxiv sahəsində çalışan işçilərin peşəkarlığının və ixtisaslarının artırılması üzrə 2024-cü il üçün təlim Proqramı”na uyğun olaraq 29.05.2024-cü il tarixində Milli Arxiv İdarəsində “Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə verilməsi işinin təşkili, idarə arxivlərinin fəaliyyətinə nəzarət, məlumatların toplanılması və emalı”” mövzusunda seminar-məşğələ keçirilib.

Tədbirdə Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə şöbəsinin müdiri Cəmaləddin Cavadov və həmin şöbənin əməkdaşları, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının və rayon dövlət arxivlərinin rəhbər və aidiyyəti sahəyə məsul olan əməkdaşları iştirak ediblər. 

Ənənəvi və onlayn formada təşkil edilən seminar-məşğələni İdarə rəisinin müavini Həsən Həsənov açıq elan edərək mövzunun aktuallığı, sahə üzrə normativ hüquqi aktların tələbləri haqqında iştirakçılara məlumat verdi. 

MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə şöbəsinin müdiri Cəmaləddin Cavadov mövzu ətrafında geniş məruzə ilə çıxış edərək müvafiq sahə üzrə mövcud problemlər, onların həlli yolları, o cümlədən əldə edilmiş nailiyyətlər haqqında məlumat verdi.

Seminar sual-cavab formatında davam etdirilib.

 


Bugün: 181
Dünən: 946
Bu həftə: 2064
Son həftə: 6281
Bu Ay: 10184
Son Ay: 20603
Bu İl: 57405
Ümumi: 1369989
1369989