Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv işində İKT-in tətbiqi, MAF sənədlərinin rəqəmsallaşdırılmasına qoyulan tələblər” mövzusunda seminar keçirilmişdir

        Milli Arxiv İdarəsinin 2023-cü ilin İş Planına uyğun olaraq keçirilən seminarda İdarənin rəis müavini Həsən Həsənov, Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva, müvafiq şöbənin və respublika dövlət arxivlərinin aidiyyəti əməkdaşları  iştirak edirdilər.

        Seminarı açıq elan edən Həsən Həsənov arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat vermiş, mövzunun aktuallığını qeyd etmişdir.  

       Məruzə ilə çıxış edən Roza Əliyeva arxiv sənədlərinin rəqəmsallaşdırılmasına qoyulan texniki tələblər, həmçinin prosesin idarə olunması və müvafiq qeydiyyatın aparılması haqqında mövcud qaydaların tələbləri ilə iştirakçıları tanış etmişdir.

        Daha sonra seminar sual – cavab formatında davam etmişdir.

 

 

 


Bugün: 559
Dünən: 914
Bu həftə: 4711
Son həftə: 6066
Bu Ay: 18607
Son Ay: 28223
Bu İl: 259648
Ümumi: 1280069
1280069