09 Aprel 2025 04:21 XƏBƏRLƏR Baxış sayı : 209
9 aprel 2025-ci il tarixində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının 2024-cü ildə fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilib. İclasda Milli Arxiv İdarəsi Kollegiyasının üzvləri, Milli Arxiv İdarəsinin, İdarənin tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş və Dövlət Kino-Foto Sənədləri Arxivinin sənəd və materialları əsasında təşkil edilmiş “Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolu” adlı sənəd sərgisi ilə tanış oldular.
Kollegiya iclasının iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla andılar.
Giriş nitqi ilə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Kollegiya iclasının gündəliyi ilə iştirakçıları tanış etdi. “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair Tədbirlər Planı”nında, nəzərdə tutulmuş işlərin icrası istiqamətində Milli Arxiv İdarəsi və dövlət arxiv xidməti təşkilatları tərəfindən görülən işlər barədə, o cümlədən sahə üzrə yeni olan qanunvericilik aktlarının tətbiqi barədə məlumat verdi.
Daha sonra İdarənin rəis müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının 2024-cü ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Məruzədə respublika arxiv xidməti təşkilatlarının fəaliyyətinin sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin icrası, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin rəqəmsallaşdırılması, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması və digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verdi.
Məruzə ətrafında çıxış edən natiqlər müvafiq olaraq arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təklif və fikirlərini bildirdilər.
Arxiv işi sahəsində uzunmüddətli, səmərəli əmək fəaliyyəti, 60 illik yubileyi münasibətilə İsmayıllı Rayon Dövlət Arxivinin müdiri Əkbərov İsa Ələkbər oğluna Milli Arxiv İdarəsi rəisinin əmrinə əsasən Fəxri Fərman təqdim edildi.
İdarənin rəisi Əsgər Rəsulov yekun çıxışında qarşıda duran əsas vəzifələr üzrə görüləcək işləri, o cümlədən cari ildə Azərbaycan Arxivinin 105 illiyinin qeyd ediləcəyini nəzərə çatdıraraq, arxiv xidməti təşkilatlarının əməkdaşlarına uğurlar arzuladı.
Daha sonra Kollegiya iclasının yekun Qərarı qəbul edildi.
Bugün: | 925 |
Dünən: | 1117 |
Bu həftə: | 2042 |
Son həftə: | 6288 |
Bu Ay: | 13612 |
Son Ay: | 26944 |
Bu İl: | 87777 |
Ümumi: | 1400361 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az