Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Dövlət idarəçiliyində Azərbaycan dilinin düzgün tətbiqi və sənədləşmə işində dilin qrammatik xüsusiyyətlərinin nəzərə alınması" mövzusunda müşavirə keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Milli Arxiv İdarəsində "Dövlət idarəçiliyində Azərbaycan dilinin düzgün tətbiqi və sənədləşmə işində dilin qrammatik xüsusiyyətlərinin nəzərə alınması" mövzusunda müşavirə keçirilib. Müşavirədə İdarənin rəhbərliyi, şöbə müdirləri, respublika dövlət arxivlərinin direktorları iştirak ediblər.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov tədbiri açıq elan edərək dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Azər­bay­can dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılması, eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövründə dilin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan islahat xarakterli işlər barədə məlumat verib. Əsgər Rəsulov son dövrlərdə elmi-texniki tərəqqinin Azərbaycan dilinə təsirini, o cümlədən dilimizə yeni qəbul olunan və ümumişlək sözlər kimi qəbul olunmağa başlayan ifadələr barədə danışıb.  

İdarə rəisinin müavini Həsən Həsənov bildirdi ki, ötən əsrlərə aid arxiv sənədlərinin böyük hissəsinin qeyri-dövlət dilində olmasına baxmayaraq, hazırlanan sənədlərin Azərbaycan dilinin qramatik xüsusiyyətləri nəzərə alınmaqla dövlət dilində tərtib edilməsinə xüsusi nəzarət olunur və dilin qorunması, zənginləşdirilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov  arxiv sənədlərinin nəşri və istifadəsi zamanı tarixi sənədlərin nəşr qaydalarının tələblərini, həmçinin Azərbaycan dilinin qrammatik, orfoqrafik, orfoepik qaydalarının tələblərinin ümumi şəkildə qorunması üzrə görülmüş işlər haqqında məlumat verib.  

Müşavirə açıq diskussiya formatında davam edib.


Bugün: 88
Dünən: 914
Bu həftə: 4240
Son həftə: 6066
Bu Ay: 18136
Son Ay: 28223
Bu İl: 259177
Ümumi: 1279598
1279598