Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda seminar keçirilib

“Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli, 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, respublika dövlət arxivlərinin qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatların arxiv xidməti rəhbərləri və əməkdaşları üçün seminar keçirilib.

Seminarda Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, həmçinin respublika dövlət arxivlərinin, kompektləşdirmə mənbəyi olan idarə, müəssisə və təşkilatların arxiv xidməti rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olan vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin yürütdüyü siyasətdən, arxiv işi sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbir iştirakçıları Dövlət Səs Yazıları Arxivinin təqdim etdiyi “Zamanın fövqündə dayanan Ulu Öndər Heydər Əliyev” adlı videolayihəyə tamaşa ediblər.

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov “Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda geniş məruzə ilə çıxış edib.

Sonra MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov “Arxiv işində yeni çağırışlar: normativ hüquqi bazanın təkmilləşdirilməsi”,  Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov “İnformasiya cəmiyyətində arxiv işinin İKT tətbiq etməklə inkişaf etdirilməsi, elektron sənədlərlə iş” mövzularında çıxış ediblər.

Qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatlarda arxiv işinin təşkili, sənədlərinin mühafizəsi, sənədlərin dəyərinin ekspertizasının keçirilməsi, siyahıların hazırlanması mövzusunda Dövlət Arxivinin şöbə müdiri Aygün Bəyli, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Xatirə Vəliyeva, Dövlət Elm və Texnika Sənədləri Arxivinin şöbə müdiri Ülviyyə Bayramova çıxış ediblər.

Daha sonra çıxış edən natiqlər - SOCAR-ın Mərkəzi arxivinin müdiri Ağəli Hüseynov, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziriyinin Mərkəzi arxivinin müdiri Yelmar Bəşirov, Ədliyyə Nazirliyinin Katibliyinin aparıcı məsləhətçisi Şəfa Səmədova, “Kapitalbank” ASC-nin Arxiv şöbəsinin müdiri Tahirə Səfərəliyeva, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin arxiv müdiri Ruslan Həsənov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının arxivçisi Hüsniyyə Quliyeva, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi kollecinin arxivçisi Pərvin İbrahimova qurumlarda arxiv işinin vəziyyəti, nailiyyətlər və problemlər barədə çıxış ediblər.

Açıq diskussiya şəraitində davam edən seminar arxivçilərin suallarının cavablandırılması və müzakirələrlə davam edib.

Tədbir iştirakçıları həmçinin, Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş kitablardan, o cümlədən Ümummilli lider Heydər Əliyevlə bağlı hazılanmış “Heydər Əliyev: 100 il 100 fotosənəddə” kitabından ibarət sərgiyə baxış keçiriblər.

 

 


Bugün: 48
Dünən: 824
Bu həftə: 3350
Son həftə: 6294
Bu Ay: 22353
Son Ay: 25108
Bu İl: 288502
Ümumi: 1308923
1308923