24 Dekabr 2024 03:54 XƏBƏRLƏR Baxış sayı : 101
24 dekabr 2024-cü il tarixində Milli Arxiv İdarəsində İdarənin 2024-cü ilin iş planına uyğun olaraq “Milli arxiv fondu sənədlərinin publikasiyası və elmi nəşrlərin hazırlanması prinsipləri” mövzusunda seminar keçirilib.
Seminarda İdarə rəisinin müavini Həsən Həsənov, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının, sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin rəhbərləri, aidiyyəti sahəyə məsul olan müvafiq vəzifəli şəxslər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə doğum günü münasibətilə Milli Arxiv İdarəsinin rəhbərliyi və respublika arxivçiləri adından təbrik səsləndirildi, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə şərəfli və misilsiz fəaliyyətində yeni-yeni uğurlar arzu edildi.
Seminarı açıq elan edən H.Həsənov mövzunun aktuallığını önə çəkərək dövlət arxiv xidməti təşkilatlarında Milli arxiv fondu sənədlərindən istifadənin digər əsas sahəsi kimi milli arxiv fondu sənədlərinin publikasiyası və elmi nəşrlərin hazırlanması sahəsində son dövrlərdə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verdi. Bildirildi ki, arxiv sənədləri cəmiyyətin retrospektiv informasiyaya olan tələbatının ödənilməsi üçün ən mötəbər bir məxəzdir.
Mövzu üzrə məruzə ilə çıxış edən Natiq Eminov son dövrlər milli arxiv fondu sənədlərinin publikasiyası və elmi nəşrlərin hazırlanması istiqamətində görülən işlərə dair statistik məlumatları iştirakçıların nəzərinə çatdırdı. Bildirildi ki, son beş ildə müxtəlif mövzularda və müxtəlif formatlarda 30-a yaxın sənəd toplusu, göstərici, fotosənədlər, fonosənədlər toplusu nəşr edilib və aidiyyəti üzrə paylanılıb.
N. Eminov tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası”nın, o cümlədən “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının icrası haqqında ətraflı məlumat verildi, sözügedən qaydaların müvafiq bəndlərinin icra mexanizmləri izah olundu.
Daha sonra İdarənin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərov, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin aparıcı arxivçisi Durna Ağayeva müvafiq mövzu ətrafında fikirlərini bildirdilər.
Seminar sual - cavab formatında davam etdirilib.
Bugün: | 806 |
Dünən: | 816 |
Bu həftə: | 3284 |
Son həftə: | 6294 |
Bu Ay: | 22287 |
Son Ay: | 25108 |
Bu İl: | 288436 |
Ümumi: | 1308857 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az