12 Yanvar 2024 04:54 XƏBƏRLƏR Baxış sayı : 682
Milli Arxiv İdarəsində "Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının və “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 252 nömrəli Qərarının tətbiq edilməsi ilə bağlı vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə İdarənin rəhbərliyi, şöbə müdirləri, respublika dövlət arxivlərinin və Dövlət Arxivinin filiallarının direktorları və digər məsul şəxslər iştirak ediblər.
İdarənin rəisi Əsgər Rəsulov müşavirəni açıq elan edərək “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası haqqında geniş məlumat verib. Dövlət Proqramının tərkib hissəsi olaraq müəyyən edilmiş ödənişli xidmətlərin tətbiqi və İdarənin hesabına köçürüləcək vəsaitdən istifadə edilməsi istiqamətində Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarın və onun icra edilməsi üçün İdarənin müvafiq əmrinin tələblərini iştirakçılara çatdırıb. İdarə rəisinin müavini Həsən Həsənov ödənişli xidmətlərin tətbiqi məsələləri üzrə görülən işlər barədə məlumat verib.
Daha sonra İdarənin şöbə müdirləri və arxiv direktorları məruzə ətrafında çıxış edib, bəzi təkliflər irəli sürüblər.
Müşavirə açıq diskussiya şəklində davam etdirilib.
Bugün: | 89 |
Dünən: | 914 |
Bu həftə: | 4241 |
Son həftə: | 6066 |
Bu Ay: | 18137 |
Son Ay: | 28223 |
Bu İl: | 259178 |
Ümumi: | 1279599 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az