Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində növbəti seminar keçirilib

Milli Arxiv İdarəsinin 2025-ci il İş Planına uyğun olaraq, “MAF sənədlərinin komplektləşdirmə mənbələri və idarə arxivlərində işin təşkilinin elmi-metodiki əsasları” mövzusunda seminar təşkil edilib.

Ənənəvi və onlayn formatda keçirilən seminarda Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova,  MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının müvafiq sahəyə məsul olan əməkdaşları iştirak ediblər.  

Seminarı açıq elan edən Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov arxiv sənədlərinin dövlət mühafizəsinə qəbul edilməsi sahəsində mövcud olan qanunvericilik aktlarının tələbləri, həmçinin onların praktiki icra mexanizmləri haqqında məlumat verdi.

Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova sözügedən mövzu üzrə keçirilən seminarın əməkdaşların bilik və bacarıqlarının artırılmasındakı rolu haqqında danışdı.

MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov “MAF sənədlərinin komplektləşdirmə mənbələri və idarə arxivlərində işin təşkilinin elmi-metodiki əsasları” mövzusunda məruzə ilə çıxış edərək, müvafiq sahədə mövcud olan yeniliklər, əldə edilən nailiyyətlər, o cümlədən problemlər və onlardan çıxış yolları haqqında məlumat verdi.

Seminar açıq diskussiya şəklində davam etdirilib.  


Bugün: 631
Dünən: 1283
Bu həftə: 631
Son həftə: 10337
Bu Ay: 48785
Son Ay: 55392
Bu İl: 200824
Ümumi: 1894749
1894749