Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində növbəti seminar-məşğələ keçirilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin 07.02.2025-ci il tarixli, 3-48-2/3-1-12/2025 №li Əmri ilə təsdiq edilmiş “Arxiv sahəsində çalışan işçilərin peşəkarlığının və ixtisaslarının artırılması üzrə 2025-ci il üçün təlim Proqramı”na uyğun olaraq 16.05.2024-cü il tarixində Milli Arxiv İdarəsində “Dövlət arxiv xidməti təşkilatlarının fəaliyyətinin təşkilinin normativ hüquqi əsasları, əməyin təşkili, planlaşdırma, elmi metodiki iş və arxiv fondu sənədlərinin mühafizəsi üçün optimal şəraitin yaradılması tədbirləri və mühafizə rejimi” mövzusunda seminar məşğələ keçirilib.

Tədbirdə Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri və əməkdaşları, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının və rayon dövlət arxivlərinin rəhbər və aidiyyəti sahəyə məsul olan əməkdaşları iştirak ediblər. 

Ənənəvi və onlayn formada təşkil edilən seminar-məşğələni Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova açıq elan edərək mövzu ətrafında məruzə ilə çıxış etdi. Mövzunun aktuallığını, müvafiq sahə üzrə meydana çıxan çətinliklər və onların həlli yolları barəsində iştirakçılara məlumat verdi. 

Adıçəkilən şöbənin baş məsləhətçisi Həbib Həsənov çıxış edərək dövlət arxivləri tərəfindən plan və hesabatların hazırlanması, təqdimatı, Elektron Hesabatlar Sisteminə vaxtında yerləşdirilməsi haqqında çıxış etdi. 

Daha sonra seminar sual-cavab formatında davam etdirilib.

 


Bugün: 834
Dünən: 965
Bu həftə: 834
Son həftə: 7171
Bu Ay: 18891
Son Ay: 30229
Bu İl: 123285
Ümumi: 1435869
1435869