Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində növbəti seminar-müşavirə keçirilib

28 fevral 2024-cü il tarixində Milli Arxiv İdarəsində ""Arxiv işinin normativ-hüquqi təminatı: ödənişli arxiv xidmətlərinin növləri, xidmət haqlarının tətbiqi qaydaları, büdcədən kənar vəsaitlərin idarə edilməsi və sənədlərin istifadəsinin təşkili" mövzusunda seminar-müşavirə keçirilib. Adıçəkilən tədbirdə Milli Arxiv İdarəsinin və dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və məsul əməkdaşları iştirak ediblər.  

Seminar-müşavirəni açıq elan edən Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 251 nömrəli Qərarının və “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli, 252 nömrəli Qərarının tələbləri və onların icra mexanizmləri haqqında məlumat verib.

Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov çıxış edərək arxiv sənədləri əsasında informasiyanın verilməsi xidməti üzrə ödənişli xidmətin göstərilməsi zamanı mövcud problemlər və onların həlli yolları, hüquqi və fiziki şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və mənafelərini qoruyan hüquq müəyyənedici sənədlərlə təmin edilməsi sahəsində, o cümlədən  arxiv sənədləri əsasında elmi-tədqiqat və digər məqsədlərlə sənədlərin istifadəsi zamanı ödənişli əsaslarla xidmətin göstərilməsinin hüquqi və praktiki cəhətləri haqqında məlumat verib.

Bununla yanaşı N. Eminov İdarə üzrə ödənişlərin qəbulunun Hökümət Ödəniş Portalına qoşulması istiqamətində aidiyyəti qurumlarla aparılan işlər barəsində, həmçinin İdarədə yaradılacaq müvafiq informasiya sistemi haqqında iştirakçılara məlumat verib.

MAF sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov sənədlərin dövlət arxiv xidməti təşkilatlarına qəbulu, o cümlədən elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması xidmətinin göstərilməsi zamanı qanunvericilikdə nəzərdə tutulan ödənişli əsaslarla xidmətin təşkil edilməsi, müqavilə forması və onun tətbiqi haqqında məlumat verib.

Müşavirə açıq diskussiya şəklində davam etdirilib.  

 

 


Bugün: 834
Dünən: 986
Bu həftə: 4072
Son həftə: 6066
Bu Ay: 17968
Son Ay: 28223
Bu İl: 259009
Ümumi: 1279430
1279430