29 Fevral 2024 09:21 XƏBƏRLƏR Baxış sayı : 391
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları əsasında hazırladığı“Andranikin törətdiyi qanlı cinayətlər, erməni generalının qulağının kəsilmə səbəbi onun xainliyinin nəticəsidir” sərlövhəli məqaləsi 27 fevral 2024-cü il tarixli, 37( 6038) saylı “Şərq” qəzetində dərc edilmişdir.
Müəllif, həmin məqalədə Osmanlı İmperiyasının erməni əsilli vətəndaşı - Andranik Ozanyanın öz vətənininə-Osmanlı İmperiyasına qarşı xəyanətkar fəaliyyətindən bəhs edərək onun öz vətəninə qarşı törətdiyi hərbi xəyanətə görə türk hərbçiləri tərəfindən cəza tədbiri kimi sağ qulağının kəsildiyi və bununla da onun xalq arasında"təkqulaqlı Andranik"adının qazandığını qeyd edir. Məqalədə həmçinin qeyd olunur ki, Andranik layiq olduğu cəzanı almasına baxmayaraq Osmanlı İmperiyasına qarşı öz xəyanətkar fəaliyyətini dayandırmır, Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələrinə silah qaçaqmalçılığı ilə məşğul olurdu. Andranik Türkiyəyə qarşı xəyanətkar fəaliyyətini davam etdirir, həmçinin 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir, türk və azərbaycanlıların yaşadıqları kəndləri yandırır, dağıdaraq tar-mar edir, kütləvi qətllər həyata keçirir.
Məqalənin tam mətni ilə BURADAN tanış olmaq mümkündür.
Bugün: | 845 |
Dünən: | 986 |
Bu həftə: | 4083 |
Son həftə: | 6066 |
Bu Ay: | 17979 |
Son Ay: | 28223 |
Bu İl: | 259020 |
Ümumi: | 1279441 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az