05 İyun 2017 06:18 XƏBƏRLƏR Baxış sayı : 2269
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.
Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulmuşdur.
Növbəti seminar 02 iyun 2017-ci il tarixində Dövlət Arxivinin Füzuli filialında baş tutmuşdur. Seminarda DA Füzuli filialının direktoru və əməkdaşları, həmçinin filiala tabe olan Beyləqan, Xocavənd və Cəbrayıl rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər.
Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Həbib Həsənov və Cəmaləddin Cavadov tərəfindən aparılmışdır.
Seminarın sonunda rayon arxivlərini maraqlandıran məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.
Bugün: | 810 |
Dünən: | 914 |
Bu həftə: | 4962 |
Son həftə: | 6066 |
Bu Ay: | 18858 |
Son Ay: | 28223 |
Bu İl: | 259899 |
Ümumi: | 1280320 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az