10 Oktyabr 2022 08:03 XƏBƏRLƏR Baxış sayı : 834
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.
Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi, dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulmuşdur.
Seminar 7 oktyabr 2022-ci il tarixində Dövlət Arxivinin Göyçay filialında baş tutmuşdur. Seminarda DA Göyçay filialının direktoru Əflatun Beydullayev, həmçinin filialın əməli-metodiki tabeliyində fəaliyyət göstərən Zərdab rayon Dövlət Arxivinin müdiri Elyar Bağırov, Ağdaş rayon Dövlət Arxivinin müdiri Elşad Gülafov, Ucar rayon Dövlət Arxivinin müdiri Əbutalib Mikayılov, Qəbələ rayon Dövlət Arxivinin müdiri Samir Əliyev, həmçinin filialın və rayon dövlət arxivlərinin əməkdaşları iştirak etmişdirlər.
Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Cəmaləddin Cavadov, Natiq Eminov və Həbib Həsənov tərəfindən aparılmışdır.
Seminarlar zamanı son dövrlərdə arxiv işi sahəsində mövcud qanunvericilik aktlarına edilən düzəlişlər və əlavələr, o cümlədən cari məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.
Bugün: | 234 |
Dünən: | 1014 |
Bu həftə: | 5400 |
Son həftə: | 6066 |
Bu Ay: | 19296 |
Son Ay: | 28223 |
Bu İl: | 260337 |
Ümumi: | 1280758 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az