Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi yanında İctimai Şuraya seçkilərin təşkil edilməsi ilə bağlı Seçki komissiyasının yaradılmasına dair

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi "İctimai iştirakçılıq haqqında"Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İdarə yanında fəaliyyət göstərəcək İctimai Şuraya seçkilərin təşkili məqsədilə formalaşdırılan Seçki Komissiyasında təmsil olunmaq üçün vətəndaş cəmiyyəti institutlarını öz namizədlərini təqdim etməyə dəvət edir. 

Komissiyada fəaliyyət istiqaməti müvafiq sahəyə (elm, mədəniyyət) uyğun olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təmsil oluna bilər. Sənədlər həftənin iş günləri olmaqla Bakı şəhəri, Z. Bünyadov pr.3 ünvanında yerləşən Milli Arxiv İdarəsinin əsas inzibati binasında qəbul edilir. 

Əlaqələndirici şəxs: Natiq Eminov - Milli Arxiv İdarəsinin şöbə müdiri (tel: 562 61 07)

 

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 


Bugün: 1132
Dünən: 1212
Bu həftə: 7670
Son həftə: 6288
Bu Ay: 19240
Son Ay: 26944
Bu İl: 93405
Ümumi: 1405989
1405989