18 Yanvar 2019 03:34 XƏBƏRLƏR Baxış sayı : 1569
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükütla yad olunması ilə başlanmışdır. Tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, həmçinin İdarənin əməkdaşları, Respublika dövlət arxivlərinin rəhbərləri iştirak edirdilər.
Mərasimi giriş nitqi ilə açan İdarənin rəisi Əsgər Rəsulov “20 Yanvar” hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan danışaraq, qanlı hadisələrə aparan tarixi şərait, o dövrkü SSRİ və Azərbaycan SSR rəhbərliyinin yarıtmaz fəaliyyəti haqqında qısa tarixi şərh vermişdir.
Daha sonra çıxış edən natiqlər qeyd etdilər ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Ümumilli Lider Heydər Əliyevin bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xaqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etməsi, burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsini qaldırması bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Sözügedən tədbirdə vurğulandı ki, faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etmiş oldu.
Sonda 20 Yanvarın Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu bir daha vurğulandı və bütün kollektivin 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edəcəyi diqqətə çatdırıldı.
Bugün: | 503 |
Dünən: | 914 |
Bu həftə: | 4655 |
Son həftə: | 6066 |
Bu Ay: | 18551 |
Son Ay: | 28223 |
Bu İl: | 259592 |
Ümumi: | 1280013 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az