28 Yanvar 2021 09:12 XƏBƏRLƏR Baxış sayı : 926
28 yanvar 2020-ci il tarixində Milli Arxiv İdarəsində 2020-ci ilin yekunlarına və 2021-ci ildə görülməsi nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə İdarə rəhbərliyi, Milli Arxiv İdarəsi aparatının şöbə müdirləri və Respublika Dövlət Arxivlərinin rəhbərləri iştirak edirdi.
Müşavirəni giriş nitqi ilə açan İdarənin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli, 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası, ölkə ərazisində “COVİD-19” Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsdilə elan edilmiş xüsusi karantin rejimi şəraitində arxiv təşkilatlarının fəaliyyəti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən əldə edilən qələbə və Zəfər Günü ilə bağlı İdarə və Dövlət Arxivləri tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Daha sonra İdarənin rəis müavini Həsən Həsənov, şöbə müdirləri və arxiv direktorları çıxış edərək arxiv işinin müxtəlif sahələri üzrə 2020-ci il ərzində görülmüş işlər və 2021-ci ildə planlaşdılan tədbirlərə, mövcud problemlərə və onların həlli yollarına dair fikir bildirmişlər.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 05 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini, müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən kənd, rayon və şəhərlərimizin yenidən qurulması işlərinin geniş vüsət almasını, həmçinin “Zəfər Muzeyi”nin təşkil edilməsini nəzərə alaraq aidiyyəti dövlət qurumları ilə əlaqələrin koordinasiya edilməsi və qeyd edilən istiqamətlər üzrə İdarə, o cümlədən Dövlət Arxivləri tərəfindən görüləcək müvafiq işlərin 2021-ci ilin tədbirlər planına daxil edilməsi qərara alınmışdır.
Tədbirin sonunda “Azərbaycan arxivi 100 il” tədbirlər planına uyğun olaraq Dövlət Tarix Arxivinin sənədləri əsasında hazırlanmış “Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda təhsilin inkişafında xeyriyyəçilik fəaliyyətindən bəzi səhifələr” adlı sənədlər toplusu və Dövlət Elm və Texnika Sənədləri Arxivinin sənədləri əsasında hazırlanmış “Hippokrat andı içənlər” adlı biblioqrafik göstəricinin təqdimatı olmuşdur.
Bugün: | 435 |
Dünən: | 1014 |
Bu həftə: | 5601 |
Son həftə: | 6066 |
Bu Ay: | 19497 |
Son Ay: | 28223 |
Bu İl: | 260538 |
Ümumi: | 1280959 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az