Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

         Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlamışdır. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Respublikamızda təşəbbüskar qadınlarımızın öz yaradıcı potensiallarını gerçəkləşdirmələri üçün əlverişli zəmin mövcuddur. Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir.

İdarənin rəisi bildirmişdir ki, respublikamızın arxiv xidməti sahəsində çalışan əməkdaşlarımızın 82 faizini qadınlar təşkil edir. Onların əksəriyyəti həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar.

Natiq bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  təbrik etmiş, onlara uzun ömür, işlərində müvəfəqiyyətlər arzulamışdır. 

Sonda Milli Arxiv İdarəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi adından xanım əməkdaşlara gül dəstələri və xatirə hədiyyələri təqdim edilmişdir. 

 

 


Bugün: 990
Dünən: 914
Bu həftə: 5142
Son həftə: 6066
Bu Ay: 19038
Son Ay: 28223
Bu İl: 260079
Ümumi: 1280500
1280500