Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və arxiv sənədlərindən surətlərin verilməsi qaydaları”na həsr olunmuş seminar keçirilmişdir

Milli Arxiv İdarəsinin 2023-cü ilin İş Planına uyğun olaraq keçirilən seminar “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların və arxiv sənədlərindən surətlərin verilməsi qaydaları”na həsr olunmuşdur.

Seminarda İdarənin rəis müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov,  müvafiq şöbənin əməkdaşları, respublika dövlət arxivlərinin, dövlət arxivinin filialllarının, rayon dövlət arxivlərinin  rəhbərləri, məsul vəzifəli şəxsləri iştirak edirdilər.

Seminarı açıq elan edən Həsən Həsənov əməkdaşları 28 May Republika Günü münasibətilə təbrik etmişdir.  Arxiv sənədləri əsasında hüquqi və fiziki şəxslərin sosial-hüquqi və digər qanuni mənafelərinin təmin edilməsi üçün dövlət arxivləri tərəfindən onların hüquqmüəyyənedici sənədlərlə təmin edilməsinin arxiv işinin mühüm bir hissəsi olduğunu qeyd etmişdir. Cəmilə Abasova keçirilən növbəti seminarın mövzusunun aktual olduğunu, 90-a yaxın dinləyicinin həm ənənəvi həm onlayn qaydada seminara qoşulduğunu bildirmişdir.

Məruzə ilə çıxış edən Natiq Eminov Dövlət Arxivləri üzrə arxiv sənədləri əsasında hüquqi və fiziki şəxslərin, o cümlədən dövlət orqanlarının hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi zamanı qanunvericiliyin tələbləri, mövcud problemlər və onların həlli istiqamətində normativ aktların icra mexanizmləri haqqında məlumat vermişdir. Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, şöbənin böyük mütəxəssisi Kəmalə Məmmədova məruzə ətrafında çıxış edərək arxiv arayışlarının icrası zamanı qarşıya çıxan məsələlər barədə iştirakçıları məlumatlandırmışdırlar. Daha sonra çıxış edən Dövlət Arxivinin şöbə müdiri Kiçikxanım Əlizadə, Dövlət Tarix Arxivinin şöbə müdiri Rövşən Həsənli təmsil etdikləri arxiv üzrə sənədlərin qeyd edilən istiqamətdə istifadəsinin vəziyyəti haqqında məlumat vermişdirlər.

           Daha sonra seminar sual – cavab formatında davam etmişdir. 

 

 

 


Bugün: 690
Dünən: 914
Bu həftə: 4842
Son həftə: 6066
Bu Ay: 18738
Son Ay: 28223
Bu İl: 259779
Ümumi: 1280200
1280200