12 May 2023 11:50 XƏBƏRLƏR Baxış sayı : 407
Milli Arxiv İdarəsinin 2023-cü ilin İş Planına uyğun olaraq keçirilən seminar “Arxiv sənədlərinin təşkili qaydaları”na həsr olunmuşdur.
Seminarda İdarənin rəis müavini Həsən Həsənov, MAF sənədlərinin komplektləşdirilməsi qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Həbib Həsənov, müvafiq şöbənin əməkdaşları, respublika dövlət arxivlərinin, dövlət arxivinin filialllarının, rayon dövlət arxivlərinin rəhbərləri, məsul vəzifəli şəxsləri iştirak edirdilər.
Seminarı açıq elan edən Həsən Həsənov mövzunun əhəmiyyəti barədə çıxış edərək yeni normativ aktların tələblərini iştirakçılara çatdırmışdır.
Məruzə ilə çıxış edən Cəmaləddin Cavadov MAF sənədlərinin dövlət arxivlərinə qəbulu, qeydiyyatı və idarə arxivlərində işin təşkili haqqında məlumat vermişdir. Həbib Həsənov MAF sənədlərinin elmi-məlumat aparatının yaradılması zamanı mövcud olan problemləri iştirakçıların diqqətinə çatdırmışdır. Daha sonra çıxış edən Dövlət Arxivinin şöbə müdiri Aygün Bəyli təmsil etdiyi arxiv üzrə sənədlərlə işin təşkilinin vəziyyəti haqqında məlumat vermişdir.
Daha sonra seminar sual – cavab formatında davam etmişdir.
Bugün: | 790 |
Dünən: | 793 |
Bu həftə: | 1583 |
Son həftə: | 5729 |
Bu Ay: | 2285 |
Son Ay: | 25108 |
Bu İl: | 268434 |
Ümumi: | 1288855 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az