Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2017-ci ildə fəaliyyəti və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir.

20 aprel 2018-ci il tarixində Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2017-ci ildə fəaliyyəti və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir. İclasda MAİ Kollegiyasının üzvləri, Nazirlər Kabinetinin səlahiyyətli nümayəndəsi, MAİ-in əməkdaşları, Respublika Dövlət Arxivlərinin rəhbərləri və əməkdaşları, DA Filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbərləri iştirak edirdilər.

İclası giriş nitqi ilə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev açdı. Daha sonra İdarənin rəis müavini Əsgər Rəsulov Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2017-ci ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, 2017-ci  ildə  respublika arxiv təşkilatlarının fəaliyyəti sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəlmişdir.

Məruzədə hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması, hesabat ilində istifadəyə verilən “Bir Pəncərə” sistemi haqqında  və aidiyyəti üzrə digər sahələrdə əldə edilən nəticələr barədə məlumat verildi. Sözügedən sahələr üzrə statistik göstəriciləri və əldə edilən müsbət nailiyyətləri  açıqlayan Ə. Rəsulov arxiv işi sahəsində yol verilən nöqsanları, ayrı-ayrı arxiv təşkilatlarında mövcud olan problemləri qeyd etdi. Daha sonra məruzə ətrafında çıxışlara yer verildi.

Çıxış edən natiqlər 2017-cı ildə arxiv işi sahəsində mövcud problemlər və onların həlli istiqamətində təkliflər barəsində öz fikirlərini bildirdilər.

Daha sonra Ə.Rəsulov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq İdarə tərəfindən hazırlanmış tədbirlər planında nəzərdə tutulan “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil siyasəti. 1918-1920-ci illər” adlı sənədlər toplusu, “Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları” adlı məqalələr toplusu cari ildə nəşr ediləcəkdir. Bununla yanaşı  Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə aid arxiv sənədlərindən ibarət səyyar, stasionar və virtual sərgilərin təşkili də nəzərdə tutulmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə aid arxiv sənədləri əsasında 20-yə yaxın məqalə İdarənin rəsmi saytında və  dövri mətbuatda dərc edilmiş və il ərzində dərc ediləcəkdir.  2018-ci ildə dövlət arxivlərində “AXC hökumətinin iqtisadi siyasəti. 1918-1920-ci illər” və “AXC dövründə səhiyyənin inkişafı tarixindən. 1918-1920-ci illər” adlı iki külliyyat üzərində işlər davam etdiriləcəkdir.

 Əsgər Rəsulov həmçinin qeyd etdi ki, cari ildə 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dövlət arxiv təşkilatları tərəfindən bir sıra tədbirlər həyata keçiriləcəkdir. 

Ataxan Paşayev arxiv işi sahəsində respublika arxivçilərinin üzərinə düşən məsuliyyəti qeyd edərək bu sahədə onlara uğurlar arzuladı.  Sonda Kollegiya iclasının yekun Qərarı qəbul edildi.

 


 

 

 


Bugün: 26
Dünən: 914
Bu həftə: 4178
Son həftə: 6066
Bu Ay: 18074
Son Ay: 28223
Bu İl: 259115
Ümumi: 1279536
1279536