21 Fevral 2020 07:34 XƏBƏRLƏR Baxış sayı : 1317
21 fevral 2020-ci il tarixində keçirilən müşavirədə Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, Respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəhbərləri iştirak edirdi.
Müşavirəni giriş nitqi açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncama və arxiv işinə göstərdiyi qayğıya görə respublika arxivçiləri adından ölkəmizin başçısı cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlığını çatdırdı.
Əsgər Rəsulov qeyd etdi ki, 12 fevral 2020-ci il tarixində təsdiq edilən Dövlət Proqramının məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Azərbaycan Respublikasının maddi-mənəvi sərvəti olan Milli arxiv fonduna aid sənədlərin toplanılmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.
Dövlət Proqramının əsas istiqamətlərinin arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və səmərəli idarəetmənin təşkili, dövlət arxivləri sistemində institusional islahatların aparılması və kadr potensialının gücləndirilməsi, dövlət arxiv təşkilatlarının strukturunun və şəbəkəsinin təkmilləşdirilməsi, Milli arxiv fondunun informasiya potensialının zənginləşdirilməsi, Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili, arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, müasir tələblər səviyyəsində qurulması, Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması, vahid elektron arxiv məlumat sisteminin yaradılması və onun dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyasının təmin edilməsi, arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, digər ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək surətlərinin Azərbaycan Respublikasına gətirilməsi və s. olduğu müşavirə iştirakçılarının diqqətinə çatdırıldı.
Məruzə ətrafında çıxış edənlər Dövlət Proqramında yer alan tapşırıqlar və onların həlli istiqamətində görüləcək işlər barəsində öz fikirlərini bildirdilər.
Müşavirə açıq diskussiya şəraitində davam etdi.
Bugün: | 1013 |
Dünən: | 914 |
Bu həftə: | 5165 |
Son həftə: | 6066 |
Bu Ay: | 19061 |
Son Ay: | 28223 |
Bu İl: | 260102 |
Ümumi: | 1280523 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az