28 Aprel 2023 02:07 XƏBƏRLƏR Baxış sayı : 566
28 aprel 2023-cü il tarixində Milli Arxiv İdarəsində "Azərbaycanda arxiv işi - nailiyyətlər, perspektivlər: MAF sənədlərinin dövlət mühafizəsinə qəbulu, mühafizəsi və istifadəsi işinin təşkilində yeni yanaşmalar və normativ hüquqi əsaslar" mövzusunda seminar keçirilmişdir.
Seminarda İdarənin və respublika dövlət arxivlərinin, o cümlədən Naxçıvan MR dövlət arxivinin, dövlət arxivininin filiallarının, rayon dövlət arxivlərinin məsul vəzifəli şəxsləri iştirak etmişdir.
Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov seminarı açıq elan edərək 28 aprel 2023-cü ildə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin qeyd edildiyini diqqətə çatdırmışdır. Zərifə xanım Əliyevanın Azərbaycanın tibb elmində, o cümlədən ictimai xadim kimi göstərdiyi fəaliyyətləri qeyd etmişdir.
Həsən Həsənov 2022-ci ildə Azərbacanda arxiv işi sahəsində mövcud olan normativ hüquqi sənədlərdə baş vermiş dəyişikliklər, yeni qəbul edilən qaydalar və bu istiqamətdə görülən işlər barəsində qısa məlumat vermişdir.
Daha sonra mövzular üzrə məruzə ilə İdarənin şöbə müdirləri Cəmilə Abasova, Cəmaləddin Cavadov, Natiq Eminov çıxış etmişdirlər. Natiqlər sahələr üzrə yeni qəbul edilmiş normativ aktların tələbləri ilə bağlı iştirakçıları ətraflı şəkildə məlumatlandırmış, müvafiq problemlər və onların həlli yolları barədə fikirlərini bildirmişdirlər.
Seminar açıq diskussiya şəraitində davam etmişdir.
Bugün: | 800 |
Dünən: | 914 |
Bu həftə: | 4952 |
Son həftə: | 6066 |
Bu Ay: | 18848 |
Son Ay: | 28223 |
Bu İl: | 259889 |
Ümumi: | 1280310 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az