02 Dekabr 2020 08:10 XƏBƏRLƏR Baxış sayı : 902
02.12.2020-ci il tarixində Milli Arxiv İdarəsində Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə İdarənin rəhbərliyi, idarə aparatının şöbə müdirləri, Respublika Dövlət arxivlərinin rəhbərləri iştirak edirdi.
Müşavirədə sözügedən tarixin ölkəmiz üçün əlamətdar hadisələrlə eyni zamanda baş verdiyinə diqqət çəkilərək bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın bir müddətdə işğal altında qalan doğma tormaqlarımızı işğaldan azad etmişdir. Müzəffər Ordumuzun qələbəsinin nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qələbənin qazanılmasında misilsiz xidmət göstərərək Şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə şəfa diləkləri çatdırılmışdır.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli 2116 nömrəli Sərəncamına əsasən təltif olunmuş Milli Arxiv İdarəsinin əməkdaşları - C.R. Abasovaya və L.A.Quliyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və vəsiqələri təqdim olunmuşdur.
Idarənin rəisi Ə.Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı” nın icrası və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Sonda Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş və Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycanda arxiv işi” və “İzahlı arxiv terminləri lüğəti” kitabının təqdimatı olmuşdur.
Bugün: | 429 |
Dünən: | 1014 |
Bu həftə: | 5595 |
Son həftə: | 6066 |
Bu Ay: | 19491 |
Son Ay: | 28223 |
Bu İl: | 260532 |
Ümumi: | 1280953 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az