Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarında, idarə, müəssisə və qurumlarda çalışan arxivçilər üçün vebinar təlim keçirilmişdir

             20 aprel 2021-ci il tarixində baş tutan vebinar təlim Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2020-ci il 13 fevral tarixli, 04 ə/f nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət arxivlərində çalışan əməkdaşların peşəkarlığının və ixtisaslarının artırılması məqsədilə tərtib edilmiş Təlim Proqramı” na əsasən keçirilmişdir. “Dövlət arxivlərində işin təşkili (planlaşdırma, hesabat, təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət, ekspert komissiyalarının, elmi şuranın işinin təşkili və s.)” mövzusunda keçirilən vebinar təlimdə Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin nümayəndələri o cümlədən bir sıra  dövlət qurumlarının müvafiq əməkdaşları iştirak etmişlər. 

           Vebinar təlimi giriş nitqi ilə Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov açaraq təlimin məqsədi və qarşıya qoyulmuş hədəflər barədə məlumat vermişdir. Daha sonra təlim üzrə mövzular ətrafında məruzə ilə  müvafiq olaraq İdarənin şöbə müdirləri Cəmilə Abasova, Cəmaləddin Cavadov və baş məsləhətçi Həbib Həsənov çıxış etmişlər.

         Vebinar təlim diskusiya şəraitində davam etmişdir. 

           


Bugün: 580
Dünən: 1014
Bu həftə: 5746
Son həftə: 6066
Bu Ay: 19642
Son Ay: 28223
Bu İl: 260683
Ümumi: 1281104
1281104