Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir

14 aprel 2023-cü il tarixində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir. İclasda Milli Arxiv idarəsi Kollegiyasının üzvləri, Milli Arxiv İdarəsinin əməkdaşları, Respublika Dövlət Arxivlərinin direktorları və müavinləri,  şöbə müdirləri, Dövlət Arxivi filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbərləri iştirak edirdilər.

İclasdan öncə iştirakçılar 2023-cü ilin “Heydər Əliyev” elan edilməsi ilə əlaqədar Dövlət-Kino-Foto Sənədləri Arxivində mühafizə edilən fotosənədlər əsasında hazırlanmış  “Heydər Əliyev 100” adlı sənədlər sərgisi ilə tanış olmuşdular.

Tədbir iştirakçıları ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla andılar. 

Giriş nitqi ilə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası haqqında məlumat verərək hesabat ilində qanunvericilik aktlarında aparılmış düzəlişləri, yeni qəbul edilmiş normativ hüquqi aktları, həmçinin arxivlərinin maddi-texniki bazasının, arxivçilərin  sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd etdi.

Daha sonra İdarənin rəis müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının son ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Məruzədə   respublika arxiv xidməti təşkilatlarının fəaliyyətinin sahə qanunvericilk aktlarından, qanun və fərmanlardan, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin icrası, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin rəqəmsallaşdırılması, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması və digər sahələrdə əldə edilən nəticələr barədə geniş məlumat verdi.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov, Dövlət Tarix Arxivinin direktoru Anar Mirəliyev, Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı, Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyeva, Dövlət Arxivinin Bakı filialının direktoru Ağakişi Allahverdiyev, Dövlət Arxivinin Quba filialının direktoru Şirin Müzəffərov, Dövlət Arxivinin Şirvan filialının direktoru Nəsibə Məmmədova, İsmayıllı rayon dövlət arxivinin direktoru İsa Əkbərov 2022-ci ildə arxiv işi sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli istiqamətində təklif və fikirlərini bildirdilər.

İdarənin rəisi Əsgər Rəsulov qarşıda duran əsas vəzifələr haqqında danışarkən “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair  Tədbirlər Planı”nında, nəzərdə tutulmuş işlərin görülməsi zamanı arxiv işçilərinin üzərinə düşən məsuliyyət, həmçinin arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsini, Respublikada arxiv işi sahəsində qanunvericilik bazasının və idarəetmənin təkmilləşdirilməsini, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsini vacib sahələr olduğunu göstərərək, bu istiqamətlərdə dövlət arxiv xidməti əməkdaşlarına uğurlar arzuladı.   

          Daha sonra Kollegiya iclasının yekun Qərarı qəbul edildi.

 

 


Bugün: 858
Dünən: 914
Bu həftə: 5010
Son həftə: 6066
Bu Ay: 18906
Son Ay: 28223
Bu İl: 259947
Ümumi: 1280368
1280368