Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir.

“Müsəlman şərqindən dünyaya doğan günəş və 100 yaşlı bayraq” adı altında keçirilən tədbirdə Milli Arxiv İdarəsinin rəisi Ə.Rəsulov, YAP Binəqədi rayon təşkilatının sədri R. Göyüşov, həmçinin İdarənin və respublika dövlət arxivlərinin əməkdaşları iştirak etmişlər.

Dövlət himninin sədaları ilə başlayan tədbirdə Milli Arxiv İdarəsi YAP ərazi təşkilatının sədri Y.Cabbarlı məruzə ilə çıxış etdi.

Məruzə ətrafında çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində keçirilən tədbirlər sırasında dövlət bayrağının da 100 yaşının qeyd edildiyini, Azərbaycanın müstəqilliyinin tarixi, dövlət bayrağının qəbul edilməsi və Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasında M.Ə. Rəsulzadə və əqidə dostlarının rolunu qeyd etmiş, 9 noyabr 1918-ci ildə qəbul olunmuş dövlət bayrağının ilk dəfə ulu öndər H.Əliyev tərəfindən 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisində əbədi olaraq yüksəkliklərə qaldırıldığını fəxarətlə bildirmişlər.

Tədbir zamanı YAP sıralarına yeni üzv qəbul edilmiş əməkdaşlara vəsiqələri təqdim olunmuşdur.


Bugün: 330
Dünən: 914
Bu həftə: 4482
Son həftə: 6066
Bu Ay: 18378
Son Ay: 28223
Bu İl: 259419
Ümumi: 1279840
1279840