12 Noyabr 2021 11:25 XƏBƏRLƏR Baxış sayı : 614
12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Elektron hökümət” konsepsiyası çərçivəsində elektron arxiv xidmətlərinin təşkili və onların əhəmiyyəti” mövzusunda vebinar keçirilmişdir. Vebinarda İdarə rəisinin müavini Həsən Həsənov, İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov, dövlət arxivləri və dövlət arxivi filiallarının direktorları, direktor müavinləri, müvafiq sahəyə məsul olan əməkdaşlar iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Həsən Həsənov açaraq ilk növbədə arxivçiləri 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etmiş, daha sonra mövzunun aktuallığı barədə vebinar iştirakçılarına məlumat vermişdir.
Vebinar İdarənin şöbə müdiri Natiq Eminovun məruzəsi ətrafında davam etdirilmişdir. Milli Arxiv İdarəsinin Elektron Arxiv sistemi (EAS), Elektron Arxiv Məlumat Sistemi (EAMS), Elektron Hesabatlar Sistemi (EHS), Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS), Elektron Hökümət Portalında mövcud olan arxiv xidmətləri sahəsində görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarına məlumat verilmişdir.
Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılmışdır.
Bugün: | 836 |
Dünən: | 1014 |
Bu həftə: | 6002 |
Son həftə: | 6066 |
Bu Ay: | 19898 |
Son Ay: | 28223 |
Bu İl: | 260939 |
Ümumi: | 1281360 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az