28 Fevral 2020 09:28 XƏBƏRLƏR Baxış sayı : 1424
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə Dövlət Arxivləri tərəfindən ölkəmizin görkəmli ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu, arxivlərə ekskursiyalar, “Açıq qapı” günlərinin keçirilməsinə başlanılmışdır.
İlk belə tədbirlərdən biri 28 fevral 2020-ci il tarixində həyata keçirilmişdir. Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə keçirilən görüşdə Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinin əməkdaşları iştirak edirdilər.
Görüşdə Baba Vəziroğlu ilə yanaşı Xalq artisti Mübariz Tağıyev də iştirak etmişdir. Tədbiri giriş nitqi ilə İdarənin rəisi Əsgər Rəsulov açaraq qonaqlar haqqında qısa məlumat verdi. Daha sonra çıxış edən natiqlər, həmçinin qonaqlar arxivlərin əhəmiyyəti, şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsi haqqında öz fikir və mülahizələrini bildirdilər.
Sonda Baba Vəziroğlu sənədlərinin dövlət mühafizəsinə təqdim etmək üçün Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə müvafiq akt imzalamışdır. Milli Arxiv İdarəsi adından qonaqlara Dövlət Səs Yazıları Arxivində mühafizə edilən və onların özünə aid olan sənədlərin surətləri xatirə hədiyyəsi olaraq verilmiş və gül dəstələri təqdim edilmişdir.
Bugün: | 1014 |
Dünən: | 914 |
Bu həftə: | 5166 |
Son həftə: | 6066 |
Bu Ay: | 19062 |
Son Ay: | 28223 |
Bu İl: | 260103 |
Ümumi: | 1280524 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az