Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi işinin təşkili” mövzusunda vebinar keçirilmişdir

2021-ci il 13 oktyabr tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi işinin təşkili (komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, sənədlərin qəbulu qaydaları, sənədlərin seçilməsi, saxlama müddətinin müəyyən edilməsi metodları)” mövzusunda vebinar keçirilmişdir. Vebinarda İdarə rəisinin müavini Həsən Həsənov, şöbə müdirləri Cəmilə Abasova və Cəmaləddin Cavadov, dövlət arxivlərinin müvafiq sahəyə məsul olan əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Həsən Həsənov açaraq mövzunun aktuallığı və sözügedən sahədə mövcud olan qabaqcıl iş metodları barədə vebinar iştirakçılarına məlumat vermişdir.

 

Daha sonra vebinar İdarənin şöbə müdiri Cəmaləddin Cavadovun məruzəsi ətrafında davam etdirilmiş, bu sahədə görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarının iştirakı ilə fikir mübadiləsi aparılmışdır.

 

 


Bugün: 1194
Dünən: 1212
Bu həftə: 7732
Son həftə: 6288
Bu Ay: 19302
Son Ay: 26944
Bu İl: 93467
Ümumi: 1406051
1406051