18 Oktyabr 2021 11:58 XƏBƏRLƏR Baxış sayı : 599
18 oktyabr 2021-ci il tarixində ənənəvi və videokonfrans formatında keçirilən müşavirədə İdarənin rəhbərliyi, şöbə müdirləri və əməkdaşları, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının və rayon (şəhər) dövlət arxivlərinin rəhbər şəxsləri iştirak edirdi.
Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edən müşavirə iştirakçıları “Müstəqillik yollarında otuz il: 30 il 30 fotoda” adlı videoçarxla tanış oldular.
Müşavirəni açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov Xalqımızın bir əsrdə iki dəfə müstəqilliyini əldə etməsini, özünün suveren, demokratik dövlətini yaratmasını qeyd etmişdir. Bildirilmişdir ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay sonra süqut etsə də, 70 il sonra Sovet imperiyasının dağılması ilə Azərbaycan dövləti öz milli müstəqilliyini bərpa etmiş, Azərbaycan Xalq Cümhüriyyətinin hüquqi varisi olduğunu bəyan etmişdir.
İdarə rəisinin müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının cari ilin 9 ayı ərzində fəaliyyətlərinə həsr edilmiş hesabatla müşavirə iştirakçılarını tanış etmiş, “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”na dair tədbirlər planının icrası ilə bağlı məlumat vermişdir.
Məruzə ətrafında Naxçıvan MR Dövlət Arxiv İdarəsinin, Dövlət Səs Yazıları Arxivinin, Dövlət Arxivinin Gəncə filialının, Masallı rayon Dövlət Arxivinin, İsmayıllı rayon Dövlət Arxivinin rəhbərləri çıxış etmişlər.
Müşavirə açıq diskussiya şəklində davam etmişdir.
Bugün: | 782 |
Dünən: | 1014 |
Bu həftə: | 5948 |
Son həftə: | 6066 |
Bu Ay: | 19844 |
Son Ay: | 28223 |
Bu İl: | 260885 |
Ümumi: | 1281306 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az