09 Aprel 2021 11:41 XƏBƏRLƏR Baxış sayı : 1046
09 aprel 2021-ci il tarixində Milli Arxiv İdarəsində "Respublika dövlət arxiv xidməti təşkilatları tərəfindən 2020-ci ildə icra edilmiş işlər və 2021-ci ildə qarşıda duran vəzifələr"ə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir. Videokonfrans formatında baş tutan kollegiya iclasında MAİ Kollegiyasının üzvləri, İdarə aparatının şöbə müdiriləri, Respublika Dövlət Arxivlərinin və Dövlət Arxivi filiallarının rəhbərləri iştirak etmişlər.
İclası giriş nitqi ilə açan Kollegiyanın sədri, İdarənin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli, 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası, ölkə ərazisində “COVİD-19” Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsdilə elan edilmiş xüsusi karantin rejimi şəraitində arxiv təşkilatlarının fəaliyyəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən əldə edilən qələbə və Zəfər Günü ilə bağlı İdarə və Dövlət Arxivləri tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermiş, dövlət arxivlərində mühafizə edilən sənədlərin göstərilən istiqamətdə geniş istifadə edilməsini vurğulamışdır.
İdarənin rəis müavini Həsən Həsənov məruzə ilə çıxış edərək hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması sahəsində əldə olunmuş uğurlar, mövcud çətinliklər haqqında məlumat vermişdir.
Daha sonra İdarənin şöbə müdirləri, respublika dövlət arxivlərinin və dövlət arxivi filiallarının direktorları məruzə ətrafında çıxış edərək sahələr üzrə arxiv işinin 2020-ci il ərzində görülmüş işlər və 2021-ci ildə planlaşdılan tədbirlərə, mövcud problemlərə və onların həlli yollarına dair fikir bildirmişdilər.
Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 05 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini, müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən kənd, rayon və şəhərlərimizin yenidən qurulması işlərinin geniş vüsət almasını, həmçinin “Zəfər Muzeyi”nin təşkil edilməsini nəzərə alaraq aidiyyəti dövlət qurumları ilə əlaqələrin koordinasiya edilməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, soyqırım və deportasiyaları mövzusunda dövlət arxivlərində mühafizə olunan sənədlər əsasında elektron informasiya sisteminin yaradılması istiqamətində görülən işlər qeyd edilmişdir.
Yekunda çıxış edən Ə.Rəsulov bir daha hesabat ilinə təsadüf edən Azərbaycan Respublikasında arxiv quruculuğunun 100 illiyi münasibətilə ölkə arxivçilərinə təbriklərini, Vətən Müharibəsində Şəhid olmuş igid oğullarımıza Ulu Tanrıdan rəhmət, Qazilərimizə şəfa diləklərini çatdırmışdır.
Sonda Kollegiya iclasının yekun Qərarı qəbul edilmişdir.
Bugün: | 581 |
Dünən: | 1014 |
Bu həftə: | 5747 |
Son həftə: | 6066 |
Bu Ay: | 19643 |
Son Ay: | 28223 |
Bu İl: | 260684 |
Ümumi: | 1281105 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az