03 May 2023 01:12 XƏBƏRLƏR Baxış sayı : 702
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.
Növbəti tədbir 03 may 2023-cü il tarixində Milli Arxiv İdarəsində keçirilmişdir. Tədbirdə İdarənin rəhbərliyi, İdarə aparatının və respublika dövlət arxivlərinin məsul vəzifəli şəxsləri iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və Dövlət Kino-Foto Sənədləri Arxivinin fotosənədləri əsasında hazırlanmış “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!” adlı qısa videoçarx nümayiş etdirilmişdir.
İdarənin rəisi Əsgər Rəsulov tədbiri açıq elan edərək Ulu Öndərin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri qeyd etmişdir. Natiq bildirmişdir ki, Sovet Azərbaycanına rəhbərliyi dövründə daim xalqının milli maraqlarını bütün çətinliklərə baxmayaraq qoruyan Heydər Əliyev müstəqillik illərində də dövlətin parçalanmasının qarşısını almış, onun stabil inkişafının dönməzliyini təmin etmişdir.
Daha sonra “Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda İdarə rəisinin müavini Həsən Həsənov məruzə ilə çıxış edərək Ulu Öndərin respublikada, o cümlədən keçmiş SSRİ-də arxiv işinin inkişafında oynadığı roldan danışmışdır. Bildirilmişdir ki, məhz Heydər Əliyevin Fərmanı əsasında Azərbaycan Respublikasında Milli Arxiv İdarəsi yaradılmış, dövlət arxivlərinin maddi-texniki təminatının gücləndirilməsi istiqamətində işlər görülmüşdür.
YAP Milli Arxiv İdarəsi üzrə İlk Ərazi Təşkilatının sədri Yeganə Cabbarlı çıxış edərək Heydər Əliyevin müstəqillik dövrünün ilk illərində xalqın birliyinin qorunması istiqamətində fəaliyyətindən bəhs etmişdir.
Tədbirin sonunda Əsgər Rəsulov bildirmişdir ki, dövlət arxiv xidməti təşkilatlarında Ulu Öndərin 100 illiyinə həsr olunmuş müxtəlif məzmunlu tədbirlərin icrası davam etdiriləcəkdir.
Bugün: | 79 |
Dünən: | 824 |
Bu həftə: | 3381 |
Son həftə: | 6294 |
Bu Ay: | 22384 |
Son Ay: | 25108 |
Bu İl: | 288533 |
Ümumi: | 1308954 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az