Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir.

Yığıncaqda Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, İdarənin rəis müavini Əsgər Rəsulov, YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov MAİ YAP ilk ərazi təşkilatının idarə heyətinin üzvləri və YAP üzvləri iştirak edirdilər.

      İclası giriş nitqi ilə İdarənin rəis müavini Əsgər Rəsulov açaraq, YAP-ın müasir Azərbaycan dövlətinin taleyində oynadığı müstəsna roldan danışaraq, Azərbaycan xalqının partiyaya dönməz etimad göstərdiyini vurğulamış, MAİ YAP ilk ərazi təşkilatının son hesabat dövründə gördüyü işlərə qısa şərh vermişdir.

      Daha sonra ilk ərazi təşkilatın sədri Yeganə Cabbarlı hesabat məruzəsi ilə çıxış etmiş, təşkilatın ötən dövr ərzində  həyata keçirdiyi tədbirlər haqqında məlumat vermişdir.  Yığıncaqda çıxış edən Vüsar İsmayılov YAP-ın qurulması, fəaliyyəti haqqında tarixi faktlara ekskurs edərək bəzi məqamları iclas iştirakçılarının nəzərinə çatdırdı.

     Sonda MAİ YAP ilk ərazi təşkilatının yeni idarə heyətinin üzvləri, sədr, müavin, həmçinin YAP Binəqədi rayon təşkilatının 9-cu konfransına nümayəndələr seçilərək, partiya sıralarına yeni daxil olan əməkdaşlara üzvlük vəsiqələri təqdim edildi. 

 

 

ASH 0600

 

ASH 0618

 

ASH 0732

 

ASH 0734

 

ASH 0660

 

ASH 0703

 

ASH 0722

 

ASH 0790

 

ASH 0798

 

ASH 0807


Bugün: 393
Dünən: 758
Bu həftə: 2828
Son həftə: 5861
Bu Ay: 5044
Son Ay: 28223
Bu İl: 246085
Ümumi: 1266506
1266506