Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi R. Səfərovun "Məryəm xanım Sulkeviçin pedaqoji fəaliyyəti haqqında bəzi qeydlər" sərlövhəli məqaləsi mətbuatda dərc edilmişdir.

           Azərbaycan  Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq  Səfərovun  “Azərbaycanda qadın  təhsilinin formalaşmasında xidmətləri  olan  xanım və  ya  Məryəm  xanım  Sulkeviçin pedaqoji  fəaliyyəti  haqqında bəzi  qeydlər” adlı məqaləsi “Kaspi” qəzetinin 10 dekabr  2019-cu il tarixli 228 (3826) saylı buraxılışında və “kaspi.az” saytında dərc edilmişdir.

            Arxiv materialları əsasında hazırlanmış məqalədə Bakı şəhəri I rus-tatar qadın ibtidai  məktəbinin müəllimi Məryəm  xanım Sulkeviçin həyatı və pedaqoji  fəaliyyətindən bəhs  edilir. Qeyd edilməlidir ki, kütləvi  nəşrlərdə və ya  ensiklopediyalarda Məryəm  xanım Sulkeviç  haqqında hər hansı bir məlumat dərc edilməmiş, bəzi  yazarların dərc edilmiş yazılarında isə onun  haqqında müəyyən  təhriflərə  yol  verilmişdir. Sözügedən məqalədə bu məsələyə də müəyyən aydınlıq gətirilir.

            Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 106
Dünən: 1212
Bu həftə: 6644
Son həftə: 6288
Bu Ay: 18214
Son Ay: 26944
Bu İl: 92379
Ümumi: 1404963
1404963