09 Mart 2021 03:21 XƏBƏRLƏR Baxış sayı : 890
“Kaspi” qəzetinin 06 mart 2021-ci il tarixli, 009 (4007) saylı buraxılışında və www.kaspi.az saytında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi. Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb necə yaradıldı?” adlı məqaləsi dərc edilmişdir. Məqalədə XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın görkəmli mesenatı kimi tarixə düşmüş H.Z. Tağıyev tərəfindən Rusiya İmperiyası ərazisində ilk dəfə olaraq Bakıda Müsəlman qızlar üçün öz doğma Azərbaycan dilində təhsil verəcək dünyəvi məktəbin açılmasından bəhs edilir. Məqalədə xüsusi olaraq vurğulanır ki, Azərbaycanda milli ziyalı qadın təbəqəsinin yaradılmasındamasında, Azərbaycanın maarifçilik tarixində dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin əhəmiyyətli xidmətləri olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qızlar sonrakı dövrlərdə, xüsusilə 1918-1920-ci müstəqillik illərində millətimizin mədəni tərəqqisində, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdilər. Məqalə sırf arxiv sənəd və materialları əsasında yazıldığı üçün xüsusi əhəmiyyə malikdir.
Məqalənin tam mətni ilə BURADAN və tanış ola bilərsiniz.
Bugün: | 489 |
Dünən: | 1014 |
Bu həftə: | 5655 |
Son həftə: | 6066 |
Bu Ay: | 19551 |
Son Ay: | 28223 |
Bu İl: | 260592 |
Ümumi: | 1281013 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az