12 Aprel 2021 08:30 XƏBƏRLƏR Baxış sayı : 589
“Kaspi” qəzetinin 10 aprel 2021-ci il tarixli, 013 (4011) saylı buraxılışında və www.kaspi.az saytında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Bakı şəhər ali-ibtidai məktəblərinin əsas problemləri. Xalq Maarif Naziri N.b. Yusifbəyli Maliyyə Nazirliyinə yazdığı məktubda nə tələb edirdi?” adlı məqaləsi dərc edilmişdir. Məqalədə Cümhuriyyət dövründə o cümlədən Bakı şəhərində Xalq təhsili məsələləri ilə məşğul olan Xalq Maarif Nazirliyi, xalq məktəb müfəttişlikləri ilə yanaşı tanınmış müəllim Əlicabbar Orucəliyevin rəhbərlik etdiyi Bakı şəhər muxtariyyatının məktəb şöbəsinin fəaliyyətindən bəhs edilir. Qeyd edilir ki, həmin dövrdə Bakı şəhər muxtariyyatının məktəb şöbəsinə kifayət qədər ali-ibtidai məktəblər daxil idi və şəhər idarəsinin böyük xərci məhz həmin məktəblərin saxlanılmasına sərf edilirdi. Lakin həmin məktəblərin normal fəaliyyətini təmin etmək üçün həmin məktəblərin bir sıra mövcud problemlərinin həll edilməsi tələb olunurdu. Cümhuriyyət Höküməti, Xalq Maarif Nazirliyi və Bakı Şəhər İdarəsinin məktəb şöbəsinin birgə səyləri nəticəsində müəyyən müddətdən sonra həmin şöbənin məktəblərinin mövcud problemlərini həll etmək mümkün olur və bununla da ölkəmizdə təhsilin daha da geniş yayılmasına şərait yaradılır.
Məqalənin tam mətni ilə BURADAN və ya www.kaspi.az saytından tanış ola bilərsiniz.
Bugün: | 563 |
Dünən: | 1014 |
Bu həftə: | 5729 |
Son həftə: | 6066 |
Bu Ay: | 19625 |
Son Ay: | 28223 |
Bu İl: | 260666 |
Ümumi: | 1281087 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az