Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Həsən bəy Zərdabi şəxsiyyəti arxiv sənədlərində”adlı məqaləsi mətbuatda dərc edilmişdir

“Şərq” qəzetinin 17 fevral 2023-cü il tarixli, №30 (5791) sayında Milli Arxiv  İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Həsən bəy Zərdabi şəxsiyyəti arxiv sənədlərində” adlı məqaləsi dərc edilmişdir. Müəllifin  arxiv  sənəd və materialları  əsasında  hazırladığı  bu məqaləsi  xalqımızın  böyük mütəfəkkiri, Azərbaycan milli mətbuatının  banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim,  maarifçi-demokrat  Həsən bəy Zərdabinin anadan olmasının 180 illiyinə  həsr edilmişdir. Məqalədə tarixi mənbələrə əsaslanaraq Həsən bəy Zərdabinin elmin öyrənilməsinə və qarşısında duran vəzifələrin layiqincə öhdəsindən gəlməsinə hələ məktəb illərindən böyük diqqət yetirdiyi qeyd olunur.

 

Məqalənin tam mətni ilə BURADAN (səh:7)  tanış ola bilərsiniz. 

 


Bugün: 310
Dünən: 1212
Bu həftə: 6848
Son həftə: 6288
Bu Ay: 18418
Son Ay: 26944
Bu İl: 92583
Ümumi: 1405167
1405167