Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərovun “Azərbaycan gerbinin hazırlanmasında knyaz izi və ya Aleksandr Şervaşidze kim idi?” sərlövhəli məqaləsi “Kaspi” qəzetində dərc edilmişdir.

“Kaspi” qəzetinin  05 sentyabr  2018-ci il  tarixli 143 ( 3517) saylı buraxılışında Milli  Arxiv  İdarəsinin Baş məsləhətçisi Rafiq  Səfərovun “Azərbaycan gerbinin  hazırlanmasında knyaz izi  və ya Aleksandr  Şervaşidze  kim idi?” sərlövhəli  məqaləsi  dərc  edilmişdir.  Azəraycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan arxiv sənədlərindən, eləcə də Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında saxlanılan tarixi mənbələrdən istifadə etməklə hazırlanmış həmin məqalədə  Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini təcəssüm  etdirən müqəddəs rəmzlərindən birinin- Dövlət gerbinin layihəsinin hazırlanmasında rolu və xidməti olmuş, öz dövrünün tanınmış rəssamı və incəsənət xadimi, Şərq ölkələrinin memarlığı, heykəltaraşlığı və rəssamlığına dair bilgiləri ilə böyük məşhurluq qazanmış rəssam knyaz Aleksandr Konstantinoviç Çaçbanın (Şervaşidze) 1919-20-ci illərdə Bakı şəhərində fəaliyyətindən bəhs edilir.   Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 366
Dünən: 816
Bu həftə: 2844
Son həftə: 6294
Bu Ay: 21847
Son Ay: 25108
Bu İl: 287996
Ümumi: 1308417
1308417