Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin əməkdaşları beynəlxalq konfransda iştirak etmişdirlər

27 fevral 2023-cü il tarixində Sənədşünaslıq və Arxiv İşi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) 2022-ci il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

Videokonfrans formatında keçirilən tədbirdə MDB-ə üzv olan ölkələrdən – Azərbaycan, Belarusiya, Qazaxıstan, Rusiya Federasiyasını təmsil edən arxivçilər, sahə üzrə elmi-tədqiqat aparan tədiqatçılar olmaqla 400-ə yaxın nümayəndə iştirak etmişdir.

Sözügedən tədbirdə Milli Arxiv İdarəsini şöbə müdirləri C.Abasova, C. Cavadov, N. Eminov, R. Əliyeva, sektor müdiri G. Ağayarova təmsil etmişdir.

Sənədşünaslıq və Arxiv İşi üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru P.A. Kyunq tədbiri açıq elan edərək rəhbərlik etdiyi institut tərəfindən aparılan elmi-tədiqat layihələri haqqında məlumat vermişdir. İnstitut tərəfindən sahə üzrə hazırlanmış normativ akt layihələri, standartlar, metodiki təlimatlar barədə geniş məlumat verilmiş, analitik tədqiqatların nəticələri təqdim olunmuşdur.

         Sözügedən konfransla BURADAN tanış ola bilərsiniz. 


Bugün: 286
Dünən: 1212
Bu həftə: 6824
Son həftə: 6288
Bu Ay: 18394
Son Ay: 26944
Bu İl: 92559
Ümumi: 1405144
1405144