Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin göstərdiyi dövlət xidmətləri üzrə müraciətlərin qəbulunda “Bir Pəncərə” prinsipinin tətbiqinə başlanılmışdır.

Qloballaşan müasir dövrümüzdə idarəetmə sistemində modernləşmə yeni idarəetmə modelləri zərurətini yaratmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar idarəetmənin təkmilləşdirilməsinə, yeni düşüncə tərzinin formalaşdırılmasına istiqamətlənmişdir.Yeni idarəetmə modellərinin əsas prinsiplərindən biri  şəffaflığın artırılmasının ön plana çəkilməsidir. Bu baxımdan, dövlətimizin başçısı tərəfindən demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin artırılması, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsi, korrupsiya və rüşvətxorluğun qarşısının alınması  məqsədilə dövlət orqanlarının qarşısında yuxarıda qeyd edilən prinsiplərə əsaslanan idarərtmə mexanizmi, vətəndaş müraciətlərinin qəbulu, icrası və cavablandırılması sahəsində müasir xidmət səviyyəsinin yaradılması vəzifəsi qoyulmuşdur. Məhz bu istiqamətdə qanunvericilik aktlarının qəbulu, “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” və digərləri bu sahədə əsas baza rolunu oynamışdır.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi qanunvericiliyin tələbləri, həmçinin ölkə rəhbərliyinin tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq, vətəndaş məmnunluğunun, şəffaflığın, innovativ vasitələrin idaretmə sistemlərində tətbiqini əməli işdə cəmləşdirmiş, İdarə və onun tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinə müraciətlərin “Bir Pəncərə” sistemi vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 3-də yerləşən əsas inzibati binasında qəbuluna başlamışdır. Sistemin adından da göründüyü kimi vətəndaşların Milli Arxiv İdarəsinin göstərdiyi bütün dövlət xidmətləri üzrə müraciətləri “Bir Pəncərə” sistemi vasitəsilə qəbul edilir və cavablar da həmin sistem vasitəsilə vətəndaşa çatdırılır. Burada əsas prinsip arxivlərin təhlükəsizliyini və vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.  

Əlavə olaraq bildiririk ki, Milli Arxiv İdarəsində vətəndaşların qəbulu və hazır sənədlərin verilməsi hər həftənin 1,3 və 5-ci günləri saat 10:00-17:00-dək aparılır.

             

            

                       

                      


Bugün: 425
Dünən: 986
Bu həftə: 3663
Son həftə: 6066
Bu Ay: 17559
Son Ay: 28223
Bu İl: 258600
Ümumi: 1279021
1279021