11 Mart 2023 07:25 XƏBƏRLƏR Baxış sayı : 997
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu ilə təşkil edilən “Çevik 100 il” ideya müsabiqəsi “Heydər Əliyev ili”nə həsr olunmuşdur.
Müsabiqənin əsas məqsədi dövlət xidmətlərində yeni həllərin və düşüncə tərzinin tətbiqi, Ulu Öndərin dövlət idarəçiliyi sahəsində gördüyü işlərin təhlili nəticəsində bu sahədə yeni ideyaların gerçəkləşdirilməsi idi. Bu məqsədlə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 21 komanda formalaşdırılmış və onlar hər bir dövlət xidmətinin sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni həllərin hazırlanması üzrə ideyalarını təqdim etmişdirlər.
Müsabiqədə Milli Arxiv İdarəsinin əməkdaşlarından – Gülnar Məlikova, Qulam Məmmədzadə, Aygül Babayeva və Zinyət Vəliyevadan ibarət “Xan” komandası “Dayanıqlı həll” nominasiyası üzrə qalib olmuşdur.
Sözügedən müsabiqədə həmçinin "Azərişıq” ASC-nin “Zəfər” komandası “Vətəndaşyönümlü həll” nominasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komandası “Uğurlu təqdimat”, nominasiyası, Energetika Nazirliyinin “Ağdam” komandası "Səmərəli həll” nominasiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Hadrut” komandası isə “İnnovativ həll” nominasiyası üzrə təltif edilmişdirlər.
Bugün: | 921 |
Dünən: | 914 |
Bu həftə: | 5073 |
Son həftə: | 6066 |
Bu Ay: | 18969 |
Son Ay: | 28223 |
Bu İl: | 260010 |
Ümumi: | 1280431 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az